İranlı hakerlər yəhudi alimi hədələdi | FOTO

İranlı hakerlər yəhudi alimi hədələdi    | FOTO
  30 Noyabr 2025    Oxunub:766
İranın “Handala” haker qrupu İsrailin nüvə araşdırmaları mərkəzinin onlayn müdafiə sistemini sındıraraq, adı açıqlanmayan yəhudi nüvə aliminin şəxsi məlumatlarını əldə edib.
Bundan sonra onun avtomobilinin yük yerinə üzərində “Ruhun şad olsun” yazılmış açıqca və gül buketi qoyaraq, şəklini çəkiblər.


“Handala”nın yaydığı məlumata görə, bu addımla İsrailin təhlükəsizlik sisteminin düşünüldüyü qədər güclü olmadığı göstərmək istəyiblər. Bu isə o deməkdir ki, gələcəkdə hər cür “gözlənilməz hadisələr” baş verə bilər.

Tariyel
AzVision.az



Teqlər: İran   İsrail  



Xəbər lenti